EN

Qastrola gedən İKİ MÜĞƏNNİ ÖLDÜRÜLDÜ!

Yazını böyüt
Yazını kiçilt

Meksikada qastrol səfərində olan iki kolumbiyalı müğənni, “DJ King” ləqəbli Bayron Sançes və Xorxe Luis Herrera öldürülüb.

Hafta.az-ın yazdığına görə, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

Meksika Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını elan edib. Media sənətçilərin ölümünün narkotik alverçiləri ilə əlaqəli ola biləcəyini yazıb.

Kolumbiya prezidenti Qustavo Petro X-da paylaşımında sənətçilərin ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko məhəlləsində idman zalından çıxarkən görünüblər.

Müğənni Sançes son konserti zamanı sosial şəbəkədə meksikalı izləyicilərinə “İnanılmaz tamaşaçı olduğunuz üçün təşəkkür edirəm, Meksika” yazıb. Kolumbiyada şöhrət qazanan və səhnə performansları ilə diqqət çəkən Sançes və Herreranın həm ailələri, həm də prezident Petro onları tapmaq üçün Meksika səlahiyyətliləri ilə əlaqə saxlamağa çağırıb. Meksika prezidenti Klaudiya Şeynbaum da gənc müğənnilərin qısa zamanda tapılması üçün göstəriş verib.

Chosen
6
1
hafta.az

5Sources