EN

Tovuzda “PeşəFest” çərçivəsində tədbir keçirildi » AzadMedia.az


Tovuz şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Layihənin əsas məqsədi ölkənin müxtəlif bölgələrində gənclərə və vətəndaşlara müxtəlif peşələri yaxından tanıtmaq, mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaratmaq və karyera seçimində düzgün istiqamət göstərməkdir.

Milli Məclisin deputatı Nizami Səfərov da tədbirdə iştirak edib. O, çıxışı zamanı “PeşəFest” layihəsinin əhəmiyyətinə diqqət çəkərək, bu təşəbbüsün xüsusilə gənclər və peşə fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar üçün yeni imkanlar açdığını vurğulayıb. Deputat iştirakçılara uğurlar arzulayıb və gənclərin gələcək karyera inkişafı üçün belə tədbirlərin önəmini qeyd edib.

“PeşəFest” çərçivəsində müxtəlif peşə sahələrinə dair təqdimatlar keçirilib, gənclərə iş dünyası ilə bağlı məsləhətlər verilib və onların maraq dairəsinə uyğun istiqamətlərdə məlumatlandırıcı görüşlər təşkil olunub.

Chosen
26
1
azadmedia.az

2Sources