EN

62 milyonluq tender, 12 milyon vergi borcu UNEC Vest LTD ilə müqavilə bağlayır

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, universitet şirkətdən auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar almağı planlaşdırır. Bura masa, kreslo, stul, tribuna, kompüter masası, paltar asılqanı və bu kimi mallar daxildir.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 705 870,33 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD" QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. "Vest-LTD" QSC-nin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.

Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə "Vest-LTD" şirkətinin təşkilati-hüquqi forması dəyişdirilib.

"Vest-LTD" QSC tender kralı kimi tanınır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi seçilir. 

QSC ADİU-nun keçiridyi satınalma müsabiqəsində qalib seçilməklə cari ildə qazandığı tenderlərin sayını 6-ya çatdırıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi məbləği 62 548 928,81 manatdır. 

Bu tenderlər əsasən mebel, müxtəlif malların satın alınması və abadlıq işləri ilə bağlıdır. 

Açıq mənbələrdə "Vest-LTD" QSC haqqında heç bir məlumat yoxdur. Şahin Verdəliyev barəsində də hansısa məlumata rast gəlinmir. 

Tanınmayan bir şirkətə iri məbləğli sifarişlərin veriıməsi maraqlıdır. 

Yeri gəlmişkən, "Vest-LTD" QSC ötən il Aşıq Ələsgərin heykəli ilə gündəmə gəlmişdi. Şirkətin hazırladığı heykəl tənqid atəşinə tutulmuşdu. Bundan başqa, həmin vaxt məlum olmuşdu ki, "Vest-LTD" QSC-nin 12 milyon manat vergi borcu var. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
3
qaynarinfo.az

4Sources