EN

Beynəlxalq Cinayət Məhkəməsi Duterteyə qarşı yenin dəlil irəli sürüb

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Filippinin keçmiş prezidenti Rodriqo Duterteni insanlığa qarşı cinayətlərdə ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, hakimlər onu narkomaniyaya və insan alverinə qarşı uzunmüddətli və qəddar mübarizə kampaniyası zamanı həmvətənlərinin ölümünə görə şəxsən məsul hesab ediblər.

80 yaşlı Dutertenin tərəfdarları əvvəldən həm istintaqı, həm də onun həbsini siyasi motivli hesab edirdilər.

Manilanın şikayətləri daha çox Filippin hazırkı hakimiyyət orqanlarına yönəldilsə də, bir sıra digər ölkələrin səlahiyyətliləri BCM-nin fəaliyyətindən narazı olduqlarını bildiriblər.

Chosen
8
ikisahil.az

1Sources