EN

Çin qızıl ehtiyatlarını saxlayan qlobal mərkəz olmaq istəyir

Çin digər ölkələrin qızıl ehtiyatlarını saxlamaq üçün yeni qlobal mərkəz olmaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Çin Xalq Bankı digər ölkələrlə öz qiymətli metal ehtiyatlarını Şanxay Qızıl Birjasının anbarlarına köçürmək üçün fəal danışıqlar aparır.

Çin ABŞ, Böyük Britaniya və İsveçrə kimi beynəlxalq qızıl ehtiyatlarının saxlanması üçün Qərb mərkəzlərini əvəz etmək istəyir. Hazırda ölkə qızıl ehtiyatlarına görə yalnız beşinci yerdədir.

Son iki ildə qızılın qiyməti təxminən iki dəfə artaraq bir unsiya üçün 3700 dolları ötüb. Mərkəzi bankların metala olan güclü tələbi qızılın qiymətinin qalxmasında əsas amil olub.

Chosen
21
ikisahil.az

1Sources