Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri olması barədə xəbər yayılıb.
Halbuki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozma sayılır.
Məsələni hüquqşünas Əkrəm Həsənov ictimailəşdirib. O, məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət edib.
“Cebheinfo.az” xəbər verir ki, məlumat yayıldıdan sonra Şaiq Mirzəyevin department müdiri olmasına dair məlumat və foto silinib.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanin mətbuat katibi Fidan Seyidşahqızı bildirib ki, Şaiq Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib.