EN

Bakıda bu saatda avtobuslar yoxa çıxır Səbəb

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda ictimai nəqliyyat vasitəsilərinin, xüsusilə də avtobusların fəaliyyəti ilə bağlı narazılıqlar davam edir. Bu fonda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son açıqlaması diqqət çəkib. Qurumun İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, bir çox hallarda marşrutlar gecə 12-yə qədər fəaliyyət göstərəcək.

Sitat: “Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.

Digər tərəfdən vətəndaşlar axşam saatlarında bəzi marşrutların “yoxa çıxdığını” bildirir, xüsusilə 21:00-23:00 aralığında avtobus çatışmazlığından şikayətlənirlər. Qeyd olunur ki, AYNA gecə 12-yə kimi fəaliyyəti təmin etməkdənsə, sözügedən problemlərin həll edilməsi daha yaxşı olar.

Axşam saatlarında avtobus tapmaq niyə müşkül məsələyə çevrilir? 

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, əksəriyyət ictimai nəqliyyatdan, əsasən də avtobuslardan istifadə edir və onların iş qrafiki ilə bağlı problem hər kəs üçün aktualdır:

“Hətta artıq taksi xidməti də fəaliyyətini marşrutların mövcudluğuna uyğun qurur. Mövcud sistem gəlirlilik prinsipi əsasında qurulub. Əgər marşrutdan istifadə edən sərnişin sayı azdırsa, şirkətlər həmin xəttin işləməsində maraqlı olmurlar. Nəticədə pik saatlarda avtobuslar işləsə də, axşam saatlarında sərnişin çatışmazlığı səbəbindən onların fəaliyyəti dayanır. Əsas səbəblərindən biri odur ki, axşam və gecə saatlarında dövlət qurumları, müəssisələr və sahibkarlıq subyektləri faktiki olaraq işləmirlər. Buna görə də həmin sektorda marşrutların fəaliyyətində uyğun tənzimləmələrə ehtiyac var”.

Aslan Əsədov

Ekspert qeyd edib ki, artıq insanların avtobusların iş prinsipinə də etimadı azalıb:

“Onlar əksər hallarda avtobusların işləməyəcəyini düşünür və işlərini gündüz saatlarında həll etməyə çalışırlar. Nəticədə axşam vaxtı marşrutlarından istifadə minimuma enir. Bu istiqamətdə mühüm addımlar atılmalıdır. Əks halda, avtobuslarla bağlı sosial narazılıq ən yüksək həddə çatacaq”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
globalinfo.az

1Sources