EN

Azərbaycanın süd və qaymaq idxalı 15% artıb

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 18 milyon 379 min ABŞ dolları dəyərində 10 min 602 ton süd və qaymaq idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 1 383 ton və ya 15%, dəyəri isə 3 milyon 219 min dollar və ya 21,2% artıb.

Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 15 milyon 160 min dollar dəyərində 9 min 219 ton süd və qaymaq idxal edilib.

Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
3
banco.az

4Sources