EN

62 milyonluq tender, 12 milyon vergi borcu - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır

62 milyonluq tender, 12 milyon vergi borcu - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır

UNEC “Vest-LTD” QSC ilə 1,7 milyon manatlıq satınalma müqaviləsi imzalayacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Vest-LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi üzrə malların alınması üçün satınalma müqaviləsi imzalayacaq.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilə çərçivəsində alınacaq mallar arasında masa, kreslo, stul, tribuna, kompüter masası, paltar asılqanı və digər əşyalar yer alır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 705 870,33 manat təşkil edəcək.

“Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46, qanuni təmsilçisi isə Vərdəliyev Şahin Əlimərdan oğludur. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib və həmin ildə QSC formasına keçirilib.

Araşdırmalar göstərir ki, “Vest-LTD” QSC əsasən iri məbləğli dövlət tenderlərinin qalibi seçilir. UNEC-in keçirdiyi satınalma müsabiqəsində qalib seçilməklə, şirkət cari ildə qazandığı tenderlərin sayını 6-ya çatdırıb. Bu tenderlərin ümumi məbləği 62 548 928,81 manat təşkil edir. Tenderlər əsasən mebel, müxtəlif malların alınması və abadlıq işləri ilə bağlıdır.

Açıq mənbələrdə “Vest-LTD” QSC və onun rəhbəri Şahin Verdəliyev haqqında geniş məlumat yoxdur. Şirkət ötən il Aşıq Ələsgərin heykəli ilə gündəmə gəlmiş, həmin heykəl tənqid atəşinə tutulmuşdu. Həmçinin, məlum olmuşdu ki, “Vest-LTD” QSC-nin 12 milyon manat vergi borcu mövcuddur.

Chosen
5
3
afn.az

4Sources