EN

3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar

3300

Misirin Amarna şəhəri ərazisində qazıntılar zamanı 3300 illik yaşı olan ilk fit aşkar ediblər. Tədqiqatçılar bildiriblər ki, indiyə qədər elm aləminə məlum olan bu yeganə, dünyanın ilk fiti inək dırnağının sümüyündən hazırlanıb və yalnız yeganə bir cingiltili səs çıxarır.

Reyting.az
xəbər verir ki, alimlərin fikrincə, bu qədim alətdən, yəni ilk fitdən musiqi üçün deyil, qəbiristanlıqlarda təhlükəsizlik və siqnalizasiya məqsədilə istifadə ediblər.

Araşdırmalar göstərir ki, fit işçilərə nəzarət, həmçinin qaydaların tənzimlənməsində mühüm rol oynayıb.

Tapıntı qədim Misirdə gündəlik həyat və sosial idarəetmə haqqında yeni məlumat verir.

3300 illik bu qədim tapıntı haqqında "International Journal of Osteoarchaeology" nəşrində məqalə dərc olunub.



Oqtay QORÇU
Chosen
3
1
reyting.az

2Sources