EN

5 ölkəyə hücum edən Rusiyadır? - Baş nazir

Rusiya olduğunu istisna etmirəm. Polşada olmamalı olan dronları gördük. Rumıniyada fəaliyyətlər müşahidə olundu. Estoniya hava məkanının pozulduğunu gördük. Həftəsonu Avropa hava limanlarına qarşı haker hücumları oldu. İndi isə Danimarkada dronlar peyda olub. Görünür ki, Norveçdə də bu baş verib.

Axar.az xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

Frederiksen əlavə edib ki, bu cür fəaliyyətlərin məqsədi narahatlıq yaratmaq, sabitliyi pozmaq, hədəfləri yoxlamaq ola bilər.

O, vəziyyəti ciddi adlandıraraq, müvafiq qurumların məsələni araşdırmağa davam etdiyini vurğulayıb.

Chosen
19
1
axar.az

2Sources