EN

Nazir müavini siqaretə görə İŞDƏN ÇIXARILDI – FOTO

Albaniyada daxili işlər nazirinin müavini işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Albaniya mediası məlumat yayıb.

Bildirilir ki, Albaniyada daxili işlər nazirinin müavini icazəsiz yerdə siqaret çəkdiyi üçün işdən çıxarılıb.

“Albaniyanın yeni daxili işlər naziri Albana Koçiu işə başladığı ilk gündə müavini Andi Manilanı ictimai yerlərdə siqaret çəkmə qadağasını pozduğuna görə işdən çıxarıb. Bu qərar sentyabrın 16-da Albaniya prezidenti Bayram Beqacın yeni hökuməti təsdiqləməsindən sonra verilib.

Albaniya parlamenti hakim koalisiyanın səs çoxluğu ilə yeni hökuməti təsdiqləyib. Albaniyanın yeni hökuməti sentyabrın 19-da fəaliyyətə başlayıb. Manila 2021-ci ilin yanvarından daxili işlər nazirinin müavini vəzifəsində çalışıb”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
29
interpress.az

1Sources