EN

Ayılar kəndə ona görə hücum edib ki... RƏSMİ

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb.

Gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar. 

Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.

Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, kəndlərin meşə ilə sərhəd ərazilərdə yerləşməsi bu cür halların baş verməsinə səbəb olur.

“Ayıların kəndlərə yaxın ərazilərdə görünməsi və təsərrüfatlara ziyan vurması halları yaşayış evlərinin və həyətyanı sahələrin dağlıq və meşə ərazilərinə yaxın yerləşməsi ilə bağlıdır.

Ayı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş nadir və qorunan heyvan növüdür. Onların ovlanması və vurulması qanunvericiliklə qəti şəkildə qadağandır. 

Vətəndaşlara tövsiyə olunur ki, meşəətrafı ərazilərdə daha diqqətli olsunlar, mal-qaranı nəzarətsiz buraxmasınlar və bu kimi hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat versinlər”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
cebheinfo.az

2Sources