EN

Qızını TikTok-da rəqs etdirərək pul qazanan ata HƏBS OLUNDU

Ajans.az xəbər verir ki,TikTok platformasında 16 yaşlı qızını rəqs etdirməklə pul qazanan ata, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Kadrlar qısa zamanda sosial mediada yayılaraq ictimai narazılığa səbəb olub. Görüntülərdə ata Ö.Ç. ilə qızı E.N.Ç. yer alır. Qızın rəqs etdiyi, atanın isə izləyicilərdən pul istədiyi açıq şəkildə görünür. Məsələ ilə bağlı Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi dərhal müdaxilə edib. Qızın ünvanı müəyyən edildikdən sonra o, dövlət himayəsinə götürülüb. Nazirlik məsələni nəzarətə götürdüyünü və şəxsin qanun çərçivəsində cəzalandırılması üçün hüquqi prosesi yaxından izlədiyini bildirib. Rəsmi açıqlamada qeyd olunur ki, uşaq istismarı halları ilə bağlı sıfır tolerantlıq prinsipi əsasında tədbirlər görüləcək və bu kimi halların qarşısının alınması üçün sosial medianın monitorinqi gücləndiriləcək.

 

Chosen
55
Ajans.az

1Sources