EN

NATO Rusiyanı hədələdi: Bu addımı atacağıq

NATO ötən cümə günü Rusiyanın Estoniya hava məkanını pozması ilə bağlı sərt bəyanat yayıb.

Publika.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Rusiyanın bu hərəkətini “getdikcə daha məsuliyyətsiz davranış modelinin bir hissəsi” kimi qiymətləndirib.

O bəyan edib ki, Moskvanın hava məkanını pozması həm regional təhlükəsizliyə xələl gətirir, həm də insan həyatını təhlükə altına alır. Rutte Rusiyanı bu cür hərəkətləri dərhal dayandırmağa çağırıb.

Digər NATO rəsmiləri də sərt mesajlar verərək, NATO və müttəfiqlərinin beynəlxalq hüquq çərçivəsində bütün lazımi vasitələrdən istifadə edərək təhdidləri aradan qaldıracaqlarını bildiriblər.

Chosen
19
50
publika.az

10Sources