EN

Kanalizasiya suyu küçəyə axır: Nə gələn, nə baxan var

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonunun Masazır kəndində kanalizasiya sularının küçəyə axması vətəndaşları çətin vəziyyətdə qoyub.

Oxu.Az-a daxil olan şikayətdə qeyd olunur ki, "Yoncalıq" adlanan ərazidə, Arzuman Quliyev və Şamil Hüseynov küçələrinin kəsişməsində kanalizasiya suları ətrafa axıdılır.

"Kanalizasiya daşır, bütün yol boyu axır, nə gələn, nə baxan var", - deyə şikayətdə bildirilir.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda kanalizasiya xəttini ərazidən keçən nəqliyyat vasitəsi zədələyib.

"Bu səbəblə xətdə tutulma baş verib. Əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb olunub. Tullantı su xəttinin zədələnən hissəsi yenisi ilə əvəz ediləcək", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
oxu.az

2Sources