EN

İngiltərədə 900 illik qala satışa çıxarıldı

Müəllif:Mehin Qasımova,Banco.az

İngiltərədə qalan azsaylı Norman qalalarından biri – Appleby Castle satışa çıxarılıb.

Banco.az xəbər verir ki, Britaniyada 20-dən az Norman qalası mövcuddur ki, onların əksəriyyəti kral ailəsinə məxsusdur. Bu da belə tarixi əmlakların alıcıları üçün imkanları xeyli məhdudlaşdırır.

Cumbria bölgəsində yerləşən və 12-ci əsrdə inşa edilən Appleby Castle oktyabrın 30-da hərraca çıxarılacaq. İlkin 9,5 milyon funt sterlinqlik qiymət endirilərək 5,5 milyon funt sterlinq (təxminən 7,4 milyard dollar) bələdçi qiyməti ilə satışa təqdim olunub.

Tarixi mənbələrə görə, qaladan İngiltərə kralları II Henrix, Aslan Ürəkli Riçard və III Riçard istifadə edib. İngiltərə Vətəndaş Müharibəsi zamanı qismən dağıdılan qala daha sonra aristokrat Ledi Anne Klifford tərəfindən geniş şəkildə bərpa olunub.

I dərəcəli siyahıya alınmış Appleby Castle 25 hektarlıq park ərazisində yerləşir. Qəsrdə 23 yataq otağı, 19 vanna otağı, idman zalı, sauna və cakuzi mövcuddur. Mülkiyyətə həmçinin dairəvi qüllə, Norman qalası və üç kənd evi daxildir.

Qala həm hərracda, həm də danışıqlar yolu ilə bazardan birbaşa satıla bilər.

Chosen
22
banco.az

1Sources