EN

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində strateji investisiyalar, maliyyələşdirmə və səhiyyə sahələrinə dair panel müzakirələri təşkil olunub.

Tədbirdə Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə Basalt Group MMC və ARGS Holding MMC arasında Birgə İştirak müqavilələri imzalanıb. Sənədləri müvafiq olaraq ABİF-in baş direktoru Yasin Cəlilov, Basalt Group MMC-nin direktoru Rüfət Bağırov, ARGS Holding MMC-nin icraçı direktoru Emil Həsənov imzalayıblar.

“EelElectric” MMC ilə ABB Group (Türkiyə) arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair Müqavilə imzalanıb. Müqaviləni “EelElectric” MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

 

Chosen
42
marja.az

1Sources