EN

Moskva Tehrana hərbi dəstəyi gücləndirir: MiQ-29 və S-400 sistemləri İrana çatdırılıb

Rusiya İrana MiQ-29 qırıcı təyyarələri və S-400 zenit-raket sistemləri tədarük edib. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəz Zohrevand məlumat verib.

“MİQ-29 artıq İrana çatdırılıb. Rusiya istehsalı olan Su-35 qırıcıları da yoldadır və bu dəfə əhəmiyyətli sayda. Habelə Çin istehsalı HQ-9 zenit-raket kompleksləri də,  kütləvi şəkildə gətirilir. S-400 sistemləri də yoldadır, daha dəqiq desək, artıq çatdırılıb”, – deyə Zohrevand “Təhririye” Araşdırma İnstitutuna verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, mövcud beynəlxalq vəziyyət İranın müdafiə potensialının gücləndirilməsini zəruri edir. Zohrevand qeyd edib ki, xarici rəqiblər “yalnız güc dilini başa düşür” və Tehran istənilən ssenariyə hazır olmalıdır.

Chosen
29
veteninfo.az

1Sources