EN

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdamda “Açıq qapı” günü keçirib 

Ağdamın işğaldan azad olunan Sarıcalı və Kəngərli kəndlərinə geri qayıdan ailələrin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən “Açıq qapı” günü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, psixoloq, sosial işçi və hüquqşünasın iştirakı ilə təşkil edilən “Açıq qapı” günündə, ümumilikdə, 27 vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib ki, “Açıq qapı” günündə vətəndaşlar əsasən məhkəmə qərarlarının icrası, təhsil, uşaqla ünsiyyət, işsizlik, sosial yardımın ayrılması, məişət problemləri kimi müraciətlər ediblər. Həmin müraciətlər qeydiyyata alınıb, icrasının təmin olunması istiqamətində tədbirlər həyata keçiriləcək.

Chosen
24
3
azerbaijan-news.az

4Sources