EN

Küveytin yeni əmiri AND İÇDİ

Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah ölkə parlamenti qarşısında and içib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, andiçmədən sonra Maşaal əl-Əhməd əs-Sabah rəsmi olaraq Küveytin yeni əmiri olub.

Onun 83 yaşı var.

Küveytin əvvəlki əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 4 gün öncə - dekabrın 16-da 86 yaşında vəfat edib.

Chosen
248
50
modern.az

10Sources