EN

Bu yemək kişiləri vaxtından tez öldürür

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın Enedzava Qida Elmləri Universitetinin alimləri bu qənaətə gəliblər.

Araşdırma Journal of Nutrition, Health and Aging (JNHA) jurnalında dərc olunub.

Müəyyənləşdirilib ki, tez-tez ramen yemək kişilər arasında erkən ölüm riskini artırır. 

Tədqiqatda 40 yaşdan yuxarı 6700-dən çox iştirakçı iştirak edib. Onlar yeməyin istehlak tezliyinə görə qruplara bölünüb: ayda bir dəfə və ya daha az, həftədə üç dəfə və ya daha çox.

Nəticələr göstərib ki, ramen sevən şəxslərdə artıq çəki, siqaret çəkmə, spirtli içki qəbulu, eləcə də şəkərli diabet və hipertoniya kimi yanaşı xəstəliklər daha çox müşahidə olunub. Həftədə üç dəfə ramen yeyənlərin erkən ölüm ehtimalı artıb.

Xüsusilə 70 yaşdan yuxarı kişilər və şorbanı sona qədər içənlərdə risk yüksək olub. Alimlər bildiriblər ki, şorbanın tərkibində yüksək miqdarda duz və yağ olur. Bu isə qan təzyiqini artırır, çəki yığılmasına səbəb olur və ürək-damar sisteminə yük yaradır.

Tədqiqat müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr göstərir ki, ramenin müntəzəm istehlakı, xüsusilə orta yaşlı kişilər üçün sağlamlıq riski amili ola bilər.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
news.milli.az

3Sources