EN

Azad rayonlarımız ekoloji tarazlığın həlledici istiqaməti sayılır...


Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.

Hava, su, maddi nemətlər, sənaye üçün xammal, təbii sərvətlər və hər nə lazım olursa, bütün bunları insan təbiətdən alır. Məhz bu sərvətlərdən uzun müddət ərzində kor-təbii şəkildə istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmaqdadır və belə bir dəyişkənliyin ələlxüsus, elmi-texniki tərəqqi dövründə daha da kəskinləşdiyi günümüzün reallığıdır.

Ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır

Dünya əhalisinin sayının durmadan artımının məhz tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi kimi bu və ya digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün, təsirin artmasına səbəb olub. Məqsəd əlbəttə ki, bu təsirləri minimuma endirmək, bununla da ekologiya və ətraf mühiti bacardıqca mühafizə etməkdir. Daha dəqiq desək, ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır. Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb. Hava, su, maddi nemətlər, sənaye üçün xammal, təbii sərvətlər və hər nə lazım olursa, bütün bunları insan təbiətdən alır. Məhz bu sərvətlərdən uzun müddət ərzində kor-təbii şəkildə istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmaqdadır və belə bir dəyişkənliyin ələlxüsus, elmi-texniki tərəqqi dövründə daha da kəskinləşdiyi günümüzün reallığıdır. Dünya əhalisinin sayının durmadan artımının məhz tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi kimi bu və ya digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün, təsirin artmasına səbəb olub. Məqsəd əlbəttə ki, bu təsirləri minimuma endirmək, bununla da ekologiya və ətraf mühiti bacardıqca mühafizə etməkdir. Daha dəqiq desək, ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır.

Su ehtiyatlarımızın 25 faizi işğaldan azad edilmiş ərazilərdə yerləşir

O da məlumdur ki, Azərbaycanın 20 faiz əraziləri uzun illər iişğal altında olub. İşğal dövründə ekologiyamıza Ermənistan böyük zərər vurdu. Meşələrimiz kəsilərək Ermənistana daşındı, su hövzələri çirkləndirildi və s. O baxımdan otuz ildən sonra ərazilərimizin işğaldan azad edilməsi təkcə hərbi-siyasi, iqtisadi baxımdan Azərbaycan üçün önəmli qələbə deyil. Şərqi Zəngəzur və Qarabağın azad edilməsi həm də ekoloji baxımdan Azərbaycan üçün böyük və müstəsna əhəmiyyət kəsb edir. Birincisi, Azərbaycanın su ehtiyatlarının 25 faizi işğaldan azad edilmiş ərazilərdə yerləşir. İkincisi, azad edilən ərazilər böyük hidroenerji və günəş enerjisi resurslarına malikdir. İndiyə qədər həmin ərazilərdə 30-dan artıq kiçik su elektrik stansiyası tikilib istismara verilib. Cəbrayılda günəş elektrik enerjisi stansiyası tikilib. Bütün bunlar “yaşıl enerji”nin inkişafına ciddi təkan verir. Üçüncüsü, azad edilən ərazilər böyük və zəngin meşə resurslarına malikdir. Bütün bunlar ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

QarabağŞərqi Zəngəzurda ümumi gücü 307 MVt olan 38 SES istismara verilib

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir: “Hazırda enerji siyasətində daha çox diqqət yetirilən bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Ölkəmizin "yaşıl gündəliyi" artıq bütün dünyaya bəllidir və geniş təqdir olunur. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək.Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 MVt olan 38 SES istismara verilib. Cəbrayıl rayonunda isə BP şikəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektik Stansiyası tikilməkdədir. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, “yaşıl enerji”nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istismar edilən kiçik su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində 100 faiz yaşıl enerji ilə təchiz edilir, artıq qalan enerji ölkə enerji sisteminə ötürülür. İcra olunan “yaşıl enerji” layihələri hesabına 2040-cı ilədək regionda gözlənilən tələbat tam olaraq yaşıl enerji ilə qarşılanacaq. Göründüyü kimi, həyata keçirilən bu layihələr ətraf mühitin qorunmasına müsbət təsir edir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
65
baki-xeber.com

1Sources