EN

BMT nin qərargahı yaxınlığında genişmiqyaslı dinləmə şəbəkəsi aşkarlandı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Məxfi Xidməti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahından 55 km aralıda elektron dinləmə və maneələrin yaradılmasında iştirak edən şəxslərin axtarışına başlayıb.

Oxu.Az "The New York Times"a istinadən xəbər verir ki, agentlər dəqiqədə 30 milyon mətn mesajı göndərə bilən, şəbəkəyə qoşulmuş 100 mindən çox SİM kart və 300 serveri ələ keçiriblər. Bu cihazlar bir neçə mobil telefon qülləsini asanlıqla söndürə bilər.

"Fox News" xəbər verir ki, Nyu-Yorkun üç rayonunda "telekommunikasiya təhlükəsi" aradan qaldırılıb.

Ehtimala görə, elektron cihazlar şəbəkəsi xarici kəşfiyyat agentliyinə aid ola və ya cinayətkar kartel tərəfindən istifadə edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
3
oxu.az

4Sources