EN

Sabahdan yeni avtobus marşrutu fəaliyyətə başlayır

 

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Yenisabah.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. pizza mizza

Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 manat təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.


Telegram kanalımız
Chosen
31
31
yenisabah.az

10Sources