EN

Blogerlərin “yalancı təcrübəsi” İzləyicilərin inamı necə sui istifadə olunur?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib.

İnsanlar gündəlik alış-verişdən tutmuş həyat tərzinə qədər bir çox qərarlarını bəzən blogerlərin məsləhətləri əsasında verirlər.

Xüsusilə kosmetika, sağlamlıq və qida məhsulları ilə bağlı təqdimatlar izləyicilərə böyük təsir göstərir. Lakin təəssüf ki, həmişə gördüyümüz reklam və rəylər real olmur.

Bəzi blogerlər reklam müqaviləsi naminə heç istifadə etmədikləri məhsulları istifadə etmiş kimi göstərir, hətta guya nəticəsini gördüklərini iddia edirlər. Məsələn, kremi yalnız əlinə çəkib “bir həftəyə ləkələrim yox oldu” deməklə tamaşaçıya təsir etməyə çalışırlar. Əslində isə heç bir nəticə ortada yoxdur.

Niyə insanlar inanır?

Blogerlər izləyicilərin gözündə səmimi və “bizdən biri” kimi görünür; Tamaşaçı “o istifadə edibsə, mən də alım” düşüncəsi ilə hərəkət edir; İnsanlar televiziya reklamına şübhə ilə yanaşsa da, sosial şəbəkədəki fərdi rəylərə daha çox etibar edirlər.

Bu yalan təqdimatlar sadəcə maddi qazanc üçün izləyicilərin güvənindən sui-istifadədir. İstifadə edilməmiş məhsulun “mükəmməl nəticə” kimi təqdim olunması insanların həm cibinə, həm də sağlamlığına zərər vura bilər.

Bu səbədən də izləyicilər hər gördüyünə inanmamalı, məhsulu almadan əvvəl müxtəlif mənbələrdən rəy toplamalı, blogerlər məsuliyyətli davranmalı, yalnız həqiqətən sınadıqları məhsullar barədə danışmalı, şirkətlər etik reklam prinsiplərinə riayət etməli, blogerlərdən real təcrübə əsasında təqdimat tələb etməli, qanunvericilik səviyyəsində də istehlakçının aldadılmasının qarşısını almaq üçün daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir.

Bloger izləyicisinin inamını qazandıqca, eyni zamanda məsuliyyət də qazanır. İstifadə etmədiyi məhsulu reklam etmək, qısamüddətli qazanc gətirsə də, uzunmüddətli etibarı məhv edir. Axı sosial şəbəkələrin ən güclü valyutası pul deyil, etimaddır.

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
bizimyol.info

1Sources