EN

Litvada COVID 19 xəstələrinin sayı bir gündə iki dəfədən çox artdı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Litvada koronavirusa yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə artır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, təkcə ötən gün, sentyabrın 22-də artım 104% təşkil edib.

Məlumata görə, son 24 saat ərzində 617 yoluxma halı müəyyən edilib. Halbuki bir gün əvvəl bu rəqəm 302, son bir həftədə isə orta göstərici 396 olub. Cari həftənin əvvəlinə ölkə üzrə 3029 yoluxma halı qeydə alınıb.

Mütəxəssislər xəstəliyin pik nöqtəsinin sentyabrın sonu və oktyabrın əvvəlinə təsadüf edəcəyini gözləyirlər. Hazırda ölkədə tənəffüs xəstəlikləri statistikasında koronavirus 9%, mövsümi qrip 0,5% təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
2
oxu.az

3Sources