EN

İtaliyada leysan yağışları sel və daşqınlara səbəb olub

İtaliyanın şimalında hökm sürən əlverişsiz hava şəraiti gündəlik həyata mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, leysan yağışlar bir çox yaşayış məntəqəsində sel və daşqınlara səbəb olub.

İskiya bölgəsində şiddətli leysan yağıb, La Spezia körfəzində daşqın olub. Milanda küçələri, evləri və iş yerlərini su basıb. Latsio və Veneto regionlarında şiddətli tufan olub. Komo bölgəsində kənd yerlərində torpaq sürüşmələri baş verib, bir kənd yolu bağlanıb.

Ölkənin şimal-qərbdəki Alessandriya bölgəsində bir nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam edir. Piedmont, Liquriya və Lombardiya regionları arasında bəzi dəmir yolu xidmətləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb

Chosen
11
3
yeniazerbaycan.com

4Sources