EN

Tramp Rusiyanı növbəti dəfə HƏDƏLƏDİ

"Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə razılaşmaya gəlməsə, Birləşmiş Ştatlar əhəmiyyətli tariflər tətbiq etməyə hazırdır. Lakin bu tariflər yalnız Avropa ölkələrinin ABŞ-nin məhdudiyyətlərinə qoşulacağı təqdirdə təsirli ola bilər".

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

ABŞ lideri çərşənbə axşamı Avropa ölkələrinin nümayəndələri ilə Rusiya neftinin alışını dayandırmağı müzakirə etmək niyyətində olduğunu açıqlayıb. pizza hut


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

10Sources