EN

Əsgərov: “Pis komanda təsiri bağışlamırıq”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az həmin müsahibəni təqdim edir…

– Yeni mövsümün təlim-məşq toplanışı necə gedir? Hazırki durum necədir?

– Sentybarın 10-dan məşqlərə start vermişik. Komanda demək olar ki, tam komplektləşib. Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib “Sərhədçi”dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu vaxt ərzində bəzi məsələləri ümumiləşdirib, komandya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın 25-26-dan, ayın sonlarına yaxın komandanın kontorları müəyyən olunacaq.

– Demək olar ki, “Quba”nın heyətində köklü dəyişikliklər oldu. Xaricilərdən Levan Qoqaladze komandada qaldı. Uzun müddətdir sizinlədir və oyun sisteminizi daha yaxşı tətbiq etdiyi üçün onu saxladınız. Ötən mövsüm komandada olanlardan kimisə saxlamaq olmazdı?

– Bəzi məcburiyyətdən irəli gəlir. Komandanın heyətini saxlayıb, bir neçə il ərzində oyunçuları birlikdə oynatsaq, o da daha məqsədəuyğun olardı. O zaman oyunçular bir-birini daha yaxşı tanıyardı. Oyun sisteminə də uyğunlaşardılar. Hər il yenidən nəsə tətbiq etmək məcburiyyətində qalmazdıq. Amma reallıq budur. Levan Qoqaladze bizə hər zaman kömək edib. Həm də, fiziki məşqlərdə məsləhətçi kimi onun xidmətindən istifadə edirik. Təcrübəli oyunçudur. Dördüncü mövsümdür ki, bizimlədir. Qoqaladzenin komandada qalması məqsədəuyğundur. Kaş ki, ötən mövsüm heyətdə olanlardan bir neçəsini də komandada saxlamaq imkanımız olardı.

– Məsələn, kimləri?

– Davonte Kraven, Kameron Consu nəzərdə tuturam. Çox yaxşı oyunçular idi. Amma onların da öz planları var, onları məcbur edə bilməzdik. Hər halda, hazırkı heyətimiz də komplektləşib və bütün oyunçularıma, komandama inanıram.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
futbolpress.az

1Sources