ain.az, Metbuat portalına istinadən məlumat verir.
Bakıda ölkə iqtisadiyyatının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Birinci İnvestisiya Forumu keçirilib. Tədbirin əsas məqsədi Azərbaycana yeni sərmayələrin cəlb olunması, qeyri-neft sektorunun inkişafı və yaşıl energetika, regional infrastruktur layihələri kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi olub.
Forumda bir sıra xarici şirkətlər ölkəmizin iqtisadi potensialına etimad göstərərək böyük investisiya layihələri ilə çıxış ediblər ki, bu da Azərbaycanın iqtisadiyyatında aparılan islahatların və açıq sərmayə siyasətinin bariz göstəricisidir.
Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Fariz İsmayılzadə Metbuat.az-a açıqlamsında bildirib ki, Azərbaycanın iqtisadiyyatında hazırda dinamik dəyişikliklər müşahidə olunur:
“Qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə yeni görüşlər keçirilir, investisiya fondları yaradılır, regional və infrastruktur layihələrinin icrası üçün əlverişli mühit formalaşdırılır. Birinci İnvestisiya Forumunun əsas məqsədi də məhz ölkəyə yeni sərmayələrin cəlb olunmasıdır və bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə edilib. Məsələn, “Mazdar” və “Akopar” şirkətləri Azərbaycan iqtisadiyyatına, xüsusilə də yaşıl energetikanın inkişafına böyük sərmayələr yatırıblar”.
Fariz İsmayılzadə həmçinin qeyd edib ki, Ələt Azad İqtisadi Zonası bu gün sərmayə axını üçün mühüm mərkəzə çevrilib:
“Burada təkcə ərəb ölkələri deyil, həm də Çin və digər dövlətlər tərəfindən böyük investisiyalar həyata keçirilir. Bütün bunlar göstərir ki, Azərbaycana sərmayələrin yönləndirilməsi hazırda ölkənin iqtisadi inkişafında əsas siyasi prioritetlərdən birinə çevrilib”.
Gülbəniz Hüseynli / Metbuat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.