EN

Tramp Rusiyanı “ciddi tariflərlə” hədələdi

BAKI, 23 sentyabr. TELEQRAF

Vaşinqton Ukrayna münaqişəsinə son qoymasa, Rusiyaya “ciddi tariflər” tətbiq etməyə hazırdır.

Teleqraf “Associated Press”ə (AP) istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında bildirib.

“Birləşmiş ŞtatlarRusiyaya qarşı ciddi tariflərin çox güclü raundunu tətbiq etməyə tam hazırdır” - Amerika lideri qeyd edib.

Chosen
9
teleqraf.com

1Sources