EN

Direktor müavini şagirdi və xadiməni döydü-Cəzasız qaldı - VİDEO

Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor şagirdi və xadiməni döyüb.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qurban adlı tərbiyə işləri üzrə direktor müavini məktəbin şagirdini döyərkən məktəbin xadiməsi və qadın tədris işləri üzrə direktor müavini uşağı onun əlindən almaq istəyib. Lakin Qurban bu dəfə xadiməyə əl qaldırıb.

İddialara görə, məsələ araşdırılsa da, məhkəmə yenidən Qurbanı işinə bərpa edib. Məsələ məktəbin həmkarlar təşkilatında müzakirə edilib və həmkarlar təşkilatının sədri Qurbanın qardaşı olduğu üçün ona töhmət verilməsi ilə kifayətlənib. 

 

Chosen
25
5
redaktor.az

6Sources