EN

Gürcüstan Lüksemburqda keçiriləcək nazirlərin görüşündə İŞTİRAK ETMƏYƏCƏK

Gürcüstan səfirlər səviyyəsində Lüksemburqda keçiriləcək nazirlərin görüşündə iştirak etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

“Bu, təkcə geosiyasi deyil, həm də sadə coğrafi reallığa etinasızlığı nümayiş etdirir və Gürcüstanın Aİ tədbirlərinə dəvətindən siyasi spekulyativ məqsədlər üçün istifadə etmək, həmçinin Gürcüstan daxilində radikal gündəmi və qütbləşməni təşviq etmək üçün növbəti cəhdidir”, – nazirliyin bəyanatında deyilir.

Avropa Xarici Fəaliyyət Xidməti Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərini oktyabrın 20-də Lüksemburqda keçiriləcək nazirlərin görüşündə iştirak etməyə dəvət edib. Gürcüstan səfirlər səviyyəsində dəvət olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
21
interpress.az

1Sources