Misli Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 27-si saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Karvan-Yevlax” matçının biletləri satışa çıxarılıb.


Rekord.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.


Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.