NASA illərdir ki, Marsın sirlərini açmaq üçün müxtəlif missiyalar həyata keçirir. Bu missiyaların ən kritik hissələrindən biri də səthdə fəal şəkildə işləyən robotik kəşfiyyat vasitələridir.
HİT.az xəbər verir ki, bu robotlar təkcə şəkil toplamaqla kifayətlənmir, səthi yoxlayır, nümunələr götürür, rəqəmsal xəritələr yaradır və alimlərin Qızıl Planeti daha yaxşı anlamasına töhfə verir.
Lakin bu vasitələr kosmosa göndərildikdən sonra da inkişaf etməyə davam edir. Minlərlə kilometr məsafədə, Marsda vəzifə yerinə yetirən bu robotlar, eynilə bir smartfon kimi vaxtaşırı proqram təminatı yeniləmələri alır. Üstəlik, bu yeniləmələr təkcə yeni funksiyalar əlavə etməklə kifayətlənmir, eyni zamanda baş verən texniki problemlərə yaradıcı həllər təklif edir.
2011-ci ildə buraxılan və 2012-ci ildə Marsın Gale kraterinə uğurla enən Curiosity NASA-nın bu günə qədər Mars səthində ən uzun müddət işləyən kəşfiyyat vasitələrindən biridir. Əsas hədəfi Marsın keçmişdə mikrob həyatını dəstəkləyib-dəstəkləmədiyini araşdırmaq idi. Lakin illər ərzində bu hədəfdən daha çox irəliləyib. Sharp dağı, Vera Rubin yüksəkliyi, Naukluft platosu kimi müxtəlif bölgələri yoxlayan vasitə, həm elmi məlumatlar ötürdü, həm də Mars səthindən çəkdiyi fotoşəkillərlə bütün dünyanı heyran edib.
Lakin bu uzun missiya müddəti özü ilə çətinlikləri də gətirib. Curiosity-nin illər ərzində həm proqram təminatı, həm də aparat təminatı müxtəlif yeniləmələr və müdaxilələrlə dəstəklənməli olub.
Qulağa inanılmaz gələ bilər, amma NASA Curiosity-nin proqram təminatını vaxtaşırı yeniləyir. Eynilə telefonlara və ya kompüterlərə gələn yeniləmələr kimi, bu vasitələr də yeni funksiyalar qazanır və ya bəzi səhvləri aradan qaldırır. Əlbəttə ki, bu proses daha mürəkkəb və uzunmüddətlidir. NASA-nın Kaliforniyadakakı Jet Propulsion Laboratory (JPL) komandaları yeniləmələri əvvəlcə Yer üzərində hərtərəfli testlərə cəlb edir. Bəzi proqram təminatı təkmilləşdirmələri üçün aylarla, hətta illərlə davam edən sınaqlar aparılır.
Bu prosesin gözəl bir nümunəsi 2017-ci ildə baş verib. Marsdakı çətin torpaq şəraitləri Curiosity-nin təkərlərində aşınmalara səbəb olurdu. Bunun qarşısını almaq istəyən JPL mühəndisləri təxminən 18 ay ərzində işləyərək, vasitəyə daha diqqətli sürüş qabiliyyəti qazandıran bir alqoritm hazırlayıblar. Bu proqram təminatı Mart 2017-də, milyonlarla kilometr məsafədəki Curiosity-yə uğurla yüklənib.
2023-cü ilin əvvəllərində isə daha hərtərəfli bir yeniləmə edilib. Tam 180 fərqli dəyişiklik ehtiva edən bu proqram paketi sayəsində Curiosity sürüş zamanı ətrafını daha sürətli analiz edə bilir. Əvvəlcədən dayanıb ətrafını taradıqdan sonra qərar verə bilən robot, indi bir neçə saniyə ərzində məlumat emal edərək hərəkət edə bilir. Bu da daha az enerji sərf edərək daha çox sahəni kəşf etməsinə imkan verir.
Mars səthindəki bir kəşfiyyat vasitəsinə fiziki müdaxilə etmək, əlbəttə ki, mümkün deyil. Yəni hər hansı bir mexaniki işləməz hal olduqda, Yerdəki mühəndislərin daha yaradıcı həll yolları tapmaları tələb olunur. Bu mövzuda Curiosity yenə də çarpıcı bir nümunədir.
2016-cı ilin sonlarında, vasitənin nümunə toplamaq üçün istifadə etdiyi qazma sistemi pozulub. Normal şəraitdə bu vəziyyət, əhəmiyyətli məlumat toplamanı dayandıra biləcək qədər ciddi bir problem idi. Lakin JPL mühəndisləri mövcud avadanlıqlarla yeni bir qazma üsulu hazırlayıblar. Curiosity-nin robot qolunu fərqli bir şəkildə istifadə edərək, qazma funksiyasını davam etdirməsinə şərait yaradıblar. Üstəlik, bu həll Mars səthinə göndərilən bir sıra əmrlə həyata keçirilib.
Proqram təminatı yeniləmələri və yaradıcı mühəndislik həlləri sayəsində Curiosity bu gün hələ də Marsda fəal şəkildə işləyir. Əldə etdiyi məlumatlar həm keçmiş həyat izlərini araşdırmaq, həm də gələcəkdəki insanlı Mars missiyaları üçün zəmin hazırlamaq baxımından böyük əhəmiyyət kəsb edir.
Samir