Azərbaycan bu ilin yanvar- iyul aylarında 70 min 657,25 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Statistik məlumatlara görə, bu dövrdə idxal edilmiş "Premium Euro-95" benzinin dəyəri 59 milyon 378,79 min ABŞ dolları (+ 44,5 %) təşkil edib. İdxalın strukturunda 43 milyon 545,97 min ABŞ dolları (3 dəfə çox) dəyərində 51 min 705,95 ton (3,3 dəfə çox) benzin və ya bütün tədarükün 73,2 %-i Rusiyanın payına düşüb. TOP-3 təchizatçı sırasında həmçinin Rumıniya - 9 milyon 60,07 min ABŞ dolları dəyərində 10 min 586,51 ton, Belarus - 5 milyon 599,67 min ABŞ dolları dəyərində 6 min 964,55 ton ilə yer alıb. Qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton - Bolqarıstan tədarük edib. Statistik məlumatlara görə, yanvar-iyul aylarında Azərbaycana 1 milyon 279,36 min ABŞ dolları (- 21,2 %) dəyərində 1 min 43,52 ton (- 21,2 %) "Super Euro-98" markalı benzin idxal edilib. Ondan 361,85 min ABŞ dolları dəyərində 295,15 ton benzin Bolqarıstandan, 294,37 min ABŞ dolları dəyərində 240,11 ton Rusiyadan, 623,13 min ABŞ dolları dəyərində 508,26 ton isə Rumıniyadan tədarük edilib.
Qeyd edildiyi kimi, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzinlərinin idxalı 2014-cü il aprelin 1-dən başlayıb.