1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son üç ildə yay aylarında həddindən artıq istilər səbəbindən Avropada 181 min nəfər həyatını itirib.
Oxu.Az "Sinhua" agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Barselona Qlobal Səhiyyə İnstitutunun araşdırmasında yer alıb.
Bildirilir ki, 2024-cü ilin iyun-sentyabr ayları qitədə ən isti yay mövsümü olaraq qeydə alınıb. Bu dövrdə isti ilə bağlantılı 62 777 ölüm halı baş verib.
Avropada isti ilə əlaqəli ən çox ölüm halı İtaliyada qeydə alınıb (19 038). Sonrakı yerləri müvafiq olaraq, İspaniya (6 743) və Almaniya (6 282) tutublar.