EN

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi kənddə təhlükə yaradıb - VİDEO

Qusarın dağlıq Ləzə kəndində palçıq püskürməsi bu gün günün 2-ci yarısından başlayaraq daha da aktivləşib.

Yerli sakinlərin Bizim.Media-nın Şimal bürosuna verdiyi məlumata görə, Qızılqaya massivindən axan güclü palçıq layı sürətlə kəndə doğru gəlir.

Evlərə ciddi təhlükə yaranıb. Sakinlər qorxu və təşviş içindədir.

Qusar rayon icra hakimiyyəti və polis şöbəsi ərazidə növbətçilik təyin edib, qabaqlayıcı tədbirlər görülür.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
23
6
bizim.media

8Sources