BAKI, 23 sentyabr. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin xalqına qarşı soyqırıma görə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.
Teleqraf xəbər verir ki, bu bəyanatla Çili Prezidenti Qabriel Boriç BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edib.
“Mən Netanyahunun ailəsi ilə birlikdə raketlə öldürülməsini istəmirəm. Mən Netanyahunun və Fələstin xalqının soyqırımına görə məsul şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməsini görmək istəyirəm", - o bildirib.
Qeyd edək ki, Boriç daha əvvəl də dəfələrlə İsrailin Qəzza sektorundakı hərəkətlərini kəskin tənqid edib.