EN

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-York dialoqu

Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Chosen
44
49
xalqqazeti.az

10Sources