EN

Amerikalı hücumçu ilə birillik kontrakt bağlandı

NTD komandası amerikalı basketbolçu Maykl Braun-Consu transfer edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Braun-Cons son olaraq ABŞ-nin "The University of Mississippi" klubunun şərəfini qoruyub.

NTD buna qədər legionerlərdən Ladarius Marşal, Kobi Montqomeri, Jamel Kinq və Andra Makkinin transferlərini həyata keçirib.

Chosen
16
sportinfo.az

1Sources