EN

Nyu Yorkda 6 cı Xəzər Biznes Forumu keçirilir

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbir Türkiyə, Qazaxıstandan olan təmsilçilərin çıxışları ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
2
qafqazinfo.az

3Sources