EN

Zelenski bu şərtlə seçkilərə getməyə hazırdır

BAKI, 24 sentyabr. TELEQRAF

Ukraynada seçkilər atəşkəs olduğu təqdirdə keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, seçkilərin keçirilməsi üçün təhlükəsizlik təmin edilməlidir.

“Konstitusiyamıza görə çətin olsa belə, əgər atəşkəs olarsa, biz seçkilər keçirə bilərik. Əlbəttə, tərəfdaşlarımızın dəstəyi ilə”, - o bildirib.

Chosen
45
teleqraf.com

1Sources