EN

Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT BaşAssambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Qlobalİnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib.

Trend xəbər verir ki, nazirçıxışında Azərbaycan ilə Çin arasında mövcud olan uzunmüddətlidostluq münasibətlərinin bu yaxınlarda hərtərəfli stratejitərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və AzərbaycanınÇinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal TəhlükəsizlikTəşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və yeni elan edilmişQlobal İqlim Təşəbbüsünə dəstəyini bir daha ifadə edib.

Nazir qeyd edib ki, bu təşəbbüslər dünya miqyasında sülhün,sabitliyin və ortaq rifahın təşviqinə xidmət edir.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın regional əməkdaşlıqdaetibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Şərq-Qərb vəŞimal-Cənub nəqliyyat dəhlizləri, xüsusilə də Çin və MərkəziAsiyanı Avropa ilə birləşdirən Orta Dəhliz kimi transformativlayihələr vasitəsilə sülhə, əlaqəliliyin artırılmasına və davamlıinkişafa verdiyi töhfələri diqqətə çatdırıb.

Chosen
27
4
az.trend.az

5Sources