EN

Ermənistanda icma rəhbəri və daha bir nəfər öldürüldü – Yaralanan da var

Ermənistanda sentyabrın 23-də gecə saatlarında İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atışma olub.

Heftelik.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən birinin icma rəhbəri Valodya Qriqoryan olduğu bildirilir.

Hadisənin motivləri məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır.

Chosen
14
5
heftelik.az

7Sources