Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Donald Trampla görüşüb.Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Kiyevin Moskvaya qalib gəlməyə qadir olduğunu təxmin etməsini alqışlayıb:
"D.Trampın bu bəyanatı böyük dönüş nöqtəsidir. O, vəziyyəti aydın başa düşür və bu müharibənin bütün aspektləri haqqında yaxşı məlumatlıdır.
Bundan başqa V.Zelenski BMT Təhlükəsizlik Şurasında bəyan edib ki, Çin Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilər: "Çinsiz Putinin Rusiyası heçdir. Bununla belə, Çin çox vaxt sülh naminə hərəkət etmək əvəzinə süst, susqun və məsələdən uzaq durur".
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.