EN

Aİ texnoloji nəhənglərdən istifadəçilərini internetdə fırıldaqçılardan necə qoruduğunu yoxlayacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Avropa Komissiyası Amerikanın dörd rəqəmsal nəhəngindən istifadəçilərini internet fırıldaqçılarından necə qoruduğu barədə məlumat tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti Avropa İttifaqının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə komissarı Hennu Virkkunenin açıqlamasına istinadla yazıb. Onun sözlərinə görə, birlik ölkələrində onlayn fırıldaqçılıqlar səbəbindən ortaya çıxan itkilər illik 4 milyard avrodan çoxdur.

Çərşənbə axşamı elan edilib ki, Aİ ABŞ-ın texnologiya nəhəngləri olan “Google”, “Apple”, “Microsoft”, həmçinin “Booking.com” hotel bornlaşdırma platformasının istifadəçilərini onlayn maliyyə fırıldaqçılıqlarından necə qoruduğunu yoxlayacaq. Avropa Komissiyası həmin dörd platformaya Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq “informasiya sorğuları” göndərdiyini açıqlayıb. “Məqsəd onların xidmətlərini fırıldaqçılıqların sui-istifadəsindən necə qoruduğunu müəyyənləşdirməkdir”, – deyə Komissiyanın nümayəndəsi bildirib.

Komissiya qeyd edir ki, cinayətkar fəaliyyətlər arasında rəsmi bank tətbiqləri adı altında saxta tətbiqlərin hazırlanması, eləcə də fırıldaqçı saytların link və ya reklamlarının axtarış sistemləri vasitəsilə yayılması mövcuddur.

Hələ ki, rəsmi araşdırma mərhələsinə çatmayan bu tədbir Avropanın texnologiyaları tənzimləmək üçün malik olduğu geniş hüquqi arsenalına əsaslanır. Buraya Rəqəmsal Xidmətlər Qanunu (DSA) və Rəqəmsal Bazarlar Nizamnaməsi (DMA) daxildir. DSA Avropa istifadəçilərini dezinformasiyadan, onlayn nifrət dolu çıxışlardan, saxta və ya təhlükəli məhsullardan qorumaq məqsədi daşıyır və platformalara, xüsusən də problemli kontent barədə məlumat vermək öhdəliyi qoyur.

Brüssel artıq DSA çərçivəsində bir neçə araşdırmaya başlayıb. Buraya “Meta” (“Facebook” və “Instagram”), “TikTok”, “X” (keçmiş “Twitter”) və Çinin “AliExpress” platforması daxildir. DSA qaydalarının pozulmasına görə şirkətlər ümumi illik qlobal dövriyyələrinin 6 faizinə qədər cərimələnə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
azertag.az

3Sources