EN

Britaniya NATO ölkələrinin hava məkanını qorumağa hazır olduğunu bəyan edib

Londondan BMT Təhlükəsizlik Şurasında Rusiyaya açıq mesaj verib...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ölkəsinin NATO çərçivəsində hava məkanının müdafiəsində fəal iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu barədə o, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, son həftələrdə Estoniya, Polşa və Rumıniya üzərində NATO hava məkanının təxribat xarakterli və məsuliyyətsiz şəkildə pozulduğu müşahidə olunub:
“Biz bu cür hərəkətlərə qarşı NATO-nun qəti mövqeyini gördük. Böyük Britaniya isə lazım gələrsə, hərəkətə keçməyə tam hazırdır”, – deyə Kuper vurğulayıb.

Hadisəyə münasibət bildirən Estoniyanın baş naziri Kristən Mixal isə qeyd edib ki, Tallin Rusiyaya məxsus MiQ-31 tipli qırıcıların ölkənin hava sərhədini pozduğuna dair ehtimallardan sonra NATO ilə təcili məsləhətləşmələrə başlayıb.

Moskva isə iddiaları qəti şəkildə rədd edib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, qırıcı təyyarələr sadəcə olaraq planlı uçuş həyata keçirərək Kareliyadan Kalininqrad vilayətinə istiqamətlənib və beynəlxalq normalara əməl olunub. Nazirlik sərhəd pozuntusunun baş vermədiyini bildirib.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources