EN

“İsrafçılığa son qoymaq lazımdır” – QHT sədri Akif Kərimov / VİDEO

TV1 kanalında yayımlanan verilişin aparıcısı Akif Təvəkküloğlunun qonağı “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov olub.

QHT.az xəbər verir ki, proqramda çıxış edən Akif Kərimov bildirib ki, 1988-ci ildən etibarən müharibə dövründə qazilərə, şəhid ailələrinə və ehtiyac içində olan insanlara müxtəlif yardımlar göstərilib. Onun sözlərinə görə, həmin illərdə məktəblərin belə problemlərinin həlli istiqamətində işlər görülüb, təmir işlərinə dəstək verilib:

“Mən həmişə istəmişəm ki, xeyirxahlıq edim. Həmişə xalqımı sevmişəm, həmişə onların arxasında dayanmışam. Gürcüstanda yaşadığım dövrdə də azərbaycanlıların yanında olmuşam, onların müdafiəsinə qalxmışam. İstəməzdim ki, kiminsə onlara təsiri olsun.”

Akif Kərimov qeyd edib ki, yardımlaşma və xeyirxahlıq hər bir azərbaycanlının borcudur:

“Bu işlərdə yalnız mən yox, bütün soydaşlarımız – imkanlı olanlar da, potensialı olanlar da – alimlər, ağsaqqallar, sözünü deyə bilən insanlar bir-birinə dəstək verməlidirlər.”

Verilişdə həmçinin “İsrafçılığa son qoymaq lazımdır” mövzusunda çağırışlar səsləndirilib.

Pərvanə Fərhadqızı

Chosen
19
qht.az

1Sources